26 Avqust 2022 21:26
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların qaz təsərrüfatına dair üzləşdikləri problemlərinin həllinə daha operativ şəkildə dəstək məqsədilə həyata keçirilən “Açıq mikrofon” aksiyası bu dəfə Ucar rayonunda baş tutub.

Teleqraf.com Birliyə istinadən xəbər verir ki, görüşdə ümumilikdə 7 müraciət daxil olub.

Vətəndaşlar fərdi qazlaşma, qapı keçidinin quraşdırılması və bəzi hallarda qaz təzyiqinin aşağı olması ilə bağlı müraciət ediblər. Ünvanlanan suallar SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən cavablandırılıb, vətəndaşlara ətraflı məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər