İllər öncə televiziyada çalışan, son günlər səfil həyat tərzi sürən 51 yaşlı Emin Topçubaşov yardımla bağlı REAL TV-yə müraciət edib.
Teleqraf.com Sfera.az-a istinadən xəbər verir ki, bir vaxtlar ANS kanalında çalışan E.Topçubaşov sığınacağa yerləşdirilməsi üçün köməklik göstərilməsini istəyib.
O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun nəslindədir. Uzun illər müxtəlif idarələrdə işləsə də, son dövrlər iş tapmaqda çətinlik çəkib. Bir müddət kirayələrdə qalan 51 yaşlı Emin son günlərini parkda gecələməklə keçirib.
Məsələ ilə bağlı müraciətdən sonra Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Emin Topçubaşovu sığınacaq və sosial reabilitasiya mərkəzinə yerləşdirib.