14 Sentyabr 2022 11:18
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhər qardaşıma zəng etdim, telefonu başqa şəxs açdı və qardaşımın qisasının alındığını dedi.

Teleqraf.com xəbər verir ki, bu sözləri şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib.

Onun sözlərinə görə, qardaşı və özü körpə olanda valideynləri vəfat edib, onlar SOS kəndində böyüyüblər:

“Gizir idi, həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən. Dediyini edərdi. Üç gün əvvəl zəng etmişdi, atışma olduğunu dedi. Səhəri günü də danışmışdıq. Dünən artıq qardaşım şəhid oldu. Mənim üçün onun itkisi nə qədər çətin olsa da, qardaşımla fəxr edirəm”.


Müəllif: Nərmin

Oxşar xəbərlər