Sentyabrın 16-sı saat 11:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir.
Teleqraf.com xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, vakansiya seçimi 19 sentyabr saat 11:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.
Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Qeyd edək ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.