"Azərbaycanda koronavirusa yoluxma halları hələ də var. Lakin ölüm halları minimal səviyyədədir. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərəm".
Teleqraf.com xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
Nazirin sözlərinə görə, Azərbaycanda yetərincə vaksin ehtiyatı var: "Bu baxımdan indiyədək peyvənd olmayan şəxsləri vaksinasiyadan keçməyə çağırıram"