26 Sentyabr 2022 17:46
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 28-30-u tarixlərində Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində keçiriləcək UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında ("Mondiacult 2022") iştirak edəcək.

Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Mondiacult 2022" UNESCO tərəfindən irəli sürülən təşəbbüslərə əsaslanaraq davamlı inkişaf naminə mədəniyyət üzrə qlobal siyasət dialoquna yeni təkan verməyi hədəfləyir. Sözügedən konfransda 160-a yaxın ölkənin mədəniyyət nazirləri daxil olmaqla, 1500-dən çox qonağın iştirakı nəzərdə tutulur.

Səfər çərçivəsində nazir A.Kərimovun "İrs və mədəni müxtəliflik böhran dövründə" mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər