BMT Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində işləməyə sadiq qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Azəbaycandakı Nümayəndəliyi tviterdə yazıb.
Məlumatda sentyabrın 27-də Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların yad edildiyi, şəhidlərin və yaralananların ailələrinə dərin hüznlə başsağlığı verildiyi bildirilib.
“BMT Cənubi Qafqazda sülh və Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafı istiqamətində işləməyə sadiq qalır”, - paylaşımda qeyd olunub.