"Tovuz döyüşləri ilə bağlı 4 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb".
Teleqraf.com xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, 2020-ci ilin iyul ayının 14-16-sı tarixlərində Tovuz və Qazax rayonları ərazisinin müxtəlif odlu silahdan və minaatanlardan atəşə tutulması ilə 1 nəfər ölüb, Qazax rayonunda 6 nəfər mülki şəxsə maddi ziyan dəyib, Tovuz rayonunun sakinlərindən 65 nəfərə evlərinin dağılması nəticəsində müxtəlif məbləğlərdə maddi ziyan dəyib:
"2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təcavüzü nəticəsində 12 hərbi qulluqçu qəsdən öldürülüb, 65 hərbi qulluqçu öldürülməyə cəhd edilib".