Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iki şirkətin səhmlərini dözvlət qeydiyyatına alıb.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, şirkətlərdən biri “Azərkosmos” açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 20 manat olan 1180530 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001009294 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Digər şirkət - “Bakcell” məhdud məsuliyyətli cəmiyyətinin də kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 40 000 ədəd faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının buraxılışı AZ2002009465 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Naibə QURBANOVA