“İranın təlim keçirmək üçün kifayət qədər ərazisi var. Onlar təlimi Azərbaycanla sərhəddə etməklə ölkəmizi təhdid etməyə çalışırlar. Bu artistlik heç bir effekt verməyəcək. Getsin Gilanda və yaxud digər yerdə keçirsin”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı millət vəkili Siyavuş Novruzov deyib.
O əlavə edib ki, İran həmişə İslam birliyindən danışır, İslam dinindən istifadə edir:
“30 il Azərbaycan torpaqları işğal altında idi, Azərbaycan İslam ölkəsi deyil? İran hər zaman İmam Mehdinin adından istifadə edir. Mehdi gələndə gərək birinci İrandan başlasın. Mehdi ilk növbədə İrana ədalət gətirsin”.
Deputat Türkiyə-Azərbaycan əməkdaşlığının İrana ən tutarlı cavab olduğunu diqqətə çatdırıb.