"İctimai rəy sorğusu keçirilib. Cəmiyyətin siyasi proseslərə marağı öyrənilib".
Teleqraf.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Elnur Çıraqov "Siyasi partiyalar haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, sorğuda 40 sual qoyulduğunu, 1047 nəfərin iştirak etdiyini, respondetlərin təsadüfən seçildiyini və sorğunun reallıqları əks etdirdiyinə vurğu edib: "Sorğu cəmiyyətin siyasi partiyalara son 30 ildə münasibətini əks etdirir".
Qeyd edək ki, sorğuya əsasən respondetlərin 44 faizi millətçi partiyalara meyl edir.
Bundan başqa, 69 faizi yeni partiyaların yaradılmasına ehtiyac olmadığını düşünür.
Eyni zamanda respondentlərin 50 faizdən çoxu hesab edib ki, qadınların partiya lideri olması doğru deyil.