"İctimai müzakirəni yüksək qiymətləndiririk. QHT-lərdən aktiv təkliflər gözləyirik"
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Əli Hüseynli "Siyasi partiyalar haqqında" qanun layihəsinin ictimai dinləmələr zamanı deyib.
O əlavə edib ki, bu istiqamətdə həm Avropada, həm də MDB məkanında qanunlar dəyişib:
"Layihə parlamentdə hazırlanıb, digər subyektlər təqdim edilib.
Gürcüstan, Moldova, Finlandiya qanunları ilə müqayisə etsəniz, bəzi müddəalarda oxşarlıqlar ola bilər.
Əlbəttə, Venesiya Komissiyasının rəyi də nəzərə alınmalıdır. Moldova, Finlandiyada əhalinin sayına görə partiyaların üzvlərinin sayı ilə proporsiya əsas kimi göstərilib.
Biz də çalışmışıq ki, ümumi yanaşma əsas götürülsün, birləşmə azadlığı üçün şərait yaratsın".