5 Noyabr 2022 10:49
212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Zəfər Gününə həsr olunan tədbirlərdə iştirak etmək üçün noyabrın 7-də Moldovanın paytaxtı Kişinyov şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Əli Hüseynli Moldova parlamentində olacaq və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbirlərə qatılacaq.

Səfər noyabrın 9-da başa çatacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər