22 Noyabr 2022 10:53
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabr 2022-ci il tarixində Gəncə şəhərində, Nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında saat 11:00-dan Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları sakinlərinin qəbulu keçiriləcəkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Qəbula gələn vətəndaşların qeydiyyatı 24 noyabr 2022-ci il tarixində Gəncə Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər