29 Noyabr 2022 15:27
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu qanun layihəsini qəbul etmək olar. Ölkə prezidenti səviyyəsində sistemli və ardıcıl islahatlar aparılır. Təqdim olunan qanun layihəsi Milli Məclisin siyasi sistemə töhfəsi kimi qiymətləndirilməlidir. Mövcud çağırışlar və reallıqlar siyasi partiyaların yerinin və rolunun artırılmasını vacib sayır. Siyasi partiyalar da buna öz töhfəsini verməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O əlavə edib ki, qanun layihəsi ictimai dinləmələrdən keçib, bir sıra təkliflər nəzərə alınıb, mübahisə yaradan məqamlar aradan qaldırılıb:

"Aparılan müzakirələr deməyə əsas verir ki, yetkin qanun ortaya çıxır. Ölkədə partiyaların geniş və hərtərəfli fəaliyyəti üçün şərait yaradılıb. Layihə bütövlükdə qanunvericiliyin tələblərinə uyğundur və həmkarlarımı onu dəstəkləməyə dəvət edirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər