Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, "Manset.az"a açıqlama verən Mehriban Qaralova işdən çıxmasını təsdiqləyib:
“Bəli, mən işdən uzaqlaşmışam. Bir müddət istirahət edəcəyəm. Bəzi şəxslər mənim Anım Gününə qırmızı geyimdə getdiyimə görə işdən çıxarıldığımı deyirlər. Qırmızı geyinməyimin bu məsələyə aidiyyəti yoxdur. Bu çoxdan olmuş hadisədir”.