2 Dekabr 2022 12:47
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanun layihəsini dəstəkləyirəm, amma bir məsələ üzrə ehtiyatlılığımı saxlayıram. Bu qanun əslində bizdə mövcud olub. Hər bir qurum özünə yaxın olan şəxslərlə işləyib, tenderlər ona verilib. Ortada dövlət vəsaitinin səmərəsiz xərclənməsi halları da var. Bu gün Bakı-Quba yolu ilə gedəndə bunu hiss edirik. Niyyət yaxşıdır, amma nə dərəcədə şəffaf həyata keçiriləcək. Məsələ bundadır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O əlavə edib ki, bir dövlət qurumu ilə şirkət arasında əməkdaşlıq olacaqsa, sabah məhkəmə mübahisəsində bu necə müəyyənləşdiriləcək:

“Yaxşı olardı ki, dövlət və özəl sahibkarların məhkəməsinin statistikası olsaydı, bilərdik ki, vəziyyət necədir”.

Deputat vurğulayıb ki, burada maraqlar toqquşması üzərinə diqqət edilməlidir.


Müəllif: Nemət

Oxşar xəbərlər