2 Dekabr 2022 12:53
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir çoxları özünü yuyulmamış çömçə kimi ortaya atmağa çalışır. Naxçıvan həssas bölgədir. Erməninin və digərlərinin öyrətdiyi adamlar Naxçıvan haqqında fikir söyləyir. Unutmayaq ki, Naxçıvan daim dövlətin, prezidentin arxasındadır. Orada yaşayan insanlar da sədaqətlidirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, burada siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. “Hüquq-mühafizə orqanları Azərbaycanın bütün regionlarında yoxlama aparır. Harada korrupsiya faktları var qətiyyətlə qarşısı alınır. Yəni yoxlama aparılmasının sırf Naxçıvana şamil edilməsi məsələsi yoxdur. Orada yaşayanlar da Azərbaycan vətəndaşlarıdır”.


Müəllif: Nemət