8 Dekabr 2022 17:05
256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təsdiq olunmuş 2022-ci tədris ili üçün hazırlıq planına əsasən Quru Qoşunlarında “Ən yaxşı Əməliyyat (komando) bölüyü” adı uğrunda yarış keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yarışda iştirak edən komandolardan ardıcıl olaraq sıra baxışı, fiziki hazırlıq, atəş hazırlığı və taktiki hazırlıq üzrə məqbullar qəbul edilib.

Hərbi qulluqçuların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən yarışın mərhələləri üzrə verilən tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə icra edilib.


Müəllif: Teleqraf.com