14 Dekabr 2014 21:10
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi bu gün "paralel yapı" əməliyyatı çərçivəsində aralarında polis və media mənsublarının olduğu 25 nəfəri saxlayıb.

Teleqraf.com-un Türkiyənin rəsmi Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbul prokuroru Hadi Salihoğlu haqlarında saxlanma qərarı çıxarılmış 31 nəfər şübhəli şəxsin adını açıqlayıb. O əlavə edib ki, “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı istintaqa gəlməsi barədə çağırış almasına rəğmən gəlmədiyi üçün onu polis saxlayıb. Ə. Dumanlı “Zaman” qəzetinin redaksiyasında saxlanılıb.

Prokurorun yazılı açıqlamasında qeyd olunub ki, saxlanılması barədə qərar çıxarılmış şəxslər vaxtilə saxta “dəlillər” hazırlayaraq, Tahşiye adlı qondarma cinayətkar dəstə uydurub, haqqında istintaq aparmaqda və onu təbliğ etməkdə ittiham olunurlar.

Prokurorun açıqlamasında adı çəkilənlər arasında “Saman yolu” televiziyasının (STV) baş direktoru Hidayet Karaca, “Zaman” qəzetinin baş redaktoru Ekrem Dumanlı, “Bu gün “ qəzetinin yazarı Nuh Gönültaş, STV-dəki bir çox serialın ssenaristi, rejissoru, yönəticisi və aktyoru, həmçinin polis məmurları da var.

Qeyd edək ki, bu gün “Zaman” qəzetinin redaksiyasında mətbuat konfransı keçirən Ə. Dumanlı polisin sabah saatlarında "saxlanma qərarı ilə" redaksiyaya gəldiyini, lakin bina önündə toplaşanların şüarlarla polisə təpki göstərdiyini də deyib. O, barəsindəki arama və saxlanma qərarı ilə bağlı sənədi də jurnalistlərə göstərib.

Bu açıqlamasından bir az sonra polis yenidən “Zaman”ın redaksiyasına gəlib və baş redaktoru saxlayıb.

Onun həbsi zamanı keçmiş daxili işlər naziri İdris Naim Şahin, keçmiş AKP millət vəkilləri Hakan Şükür və İdris Bal da yanında olublar.


Müəllif:

Oxşar xəbərlər