İctimai fəal Bəxtiyar Hacıyevin barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc məlumat yayıb.
Qeyd edib ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə baxılacaq.
Məhkəmə dekabrın 15-nə təyin olunub.
Qeyd edək ki, Bəxtiyar Hacıyevin vəkili tərəfindən verilən apellyasiya şikayətində həbs qətimkan tədbirinin ləğv edilməsini, onun həbsədn azad olunması istənilib.
Dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.