23 Dekabr 2022 13:53
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Teleqraf.com xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Hövsan yolunun 4-cü kilometrliyində və Xətai rayonu, General Şıxlinski küçəsi, 100 ünvanında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işilərinin qarşısı alınıb və obyektlər sökülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər