Azərbaycan UNICEF-in İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatlarına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Caliber.az"a istinadən xəbər verir.
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub.
Görüşdə UNICEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi bəyanat barədə rəsmi Bakının narahatlığı çatdırılıb, onun mandat və səlahiyyətlərini aşdığı vurğulanıb.
UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatını etiraf edib.
Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanatında “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını” qeyd edib.