30 Dekabr 2022 12:06
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli intibah prosesi gedir. Güney Azərbaycandakı soydaşlarımızın hüquqları, Qərbi Azərbaycandakı torpaqlarımız məsələsi bunu göstərir. Hesab edirəm ki, başqa bir addım da atılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, son 30 ildir müzakirə edilən soyad məsələsi var: “Əslində söhbət soyad dəyişilməsindən də getmir, şəkilçidən gedir. Əgər 30 il əvvəl bu proses başlansaydı indi hamı milli soyad daşıyırdı.

Təklif edirəm ki, 2023-cü il yanvarın 1-dən etibarən yeni doğulan körpələrə soyad verilərkən milli soyad sonluğu qoyulsun, yəni “ov"dan imtina edilsin”.


Müəllif: Nemət

Oxşar xəbərlər