23 Dekabr 2014 13:57
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Müstəqil Dövlətlər Birliyinin Gənc Alimlər Şurasında təmsil olunacaq.

Belə ki, AMEA GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov MDB ölkələrinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü seçilib.

AMEA-dan aldığımız məlumata görə, Moskva şəhərində keçirilən tədbirdə AMEA GAMŞ-ın elmi-ictimai fəaliyyəti haqqında məruzə edən Famin Salmanov Şuranın gələcək hədəflərinə müvafiq olaraq MDB ölkələrində fəaliyyət göstərən analoji şuralarla əməkdaşlığın vacib olduğunu bildirib. Qeyd edib ki, bu məqsədə nail olmaq üçün yeni təsisat əlavə stimul kimi qiymətləndirilməlidir.

Məruzə dinləyicilər tərəfindən müsbət qarşılanıb və Azərbaycanla bu sahədə əməkdaşlığın perspektivləri digər ölkələrin nümayəndələri tərəfindən geniş müzakirə olunub.

AMEA GAMŞ-n İdarə Heyətinin üzvü fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayevanın da iştirak etdiyi iclasın yekununda MDB ölkələrinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin tərkibinin müəyyənlədirilməsi ilə bağlı keçirilən seçkidə Famin Salmanov sözügedən İdarə Heyətinə üzv seçilib.

NİGAR


Müəllif:

Oxşar xəbərlər