22 Yanvar 2023 10:49
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dadı, qoxusu və teksturasına diqqət yetirərək yeyilən yeməklər maddələr mübadiləsi üçün daha faydalıdır.

Teleqraf.com xəbər verir ki, mütəxəssislər son zamanlar dəb halına gələn qidalanma tərzi “ağıllı yemək” və ya “yemək şüuru” anlayışına aydınlıq gətirib.

Ekspertlər bildirir ki, yemək şüurunu inkişaf etdirmək üçün praktik yollar var.

Tədqiqatlar göstərir ki, tələsik yemək kilo almağa və piylənməyə səbəb ola bilər. Əksər insanlar televizora baxarkən və ya sosial mediada vaxt keçirərkən yemək yeyir. İnsanlar ekran qarşısında sürətli və porsiya nəzarətinə fikir vermədən çox yemək yeyir.

Maarifləndirmə, cari düşüncələrin, hisslərin və hərəkətlərin şüurlu şəkildə həyata keçirilməsi kimi müəyyən edilə bilər. Yemək şüuru isə yemək zamanı nə yediyimizdən çox, niyə və necə yediyimizlə bağlıdır. Yemək şüuru ətraf mühit faktorlarından təsirlənmədən, qida seçimində mühakimə etmədən istehlak ediləcək yeməyin dadına, qoxusuna və teksturasına diqqət yetirməkdir. Yemək şüuru sayəsində fərdlər daha yavaş yeməyə başlayıb və toxluq siqnallarına cavab verərək yeməyi dayandıra bilərlər. Bu zaman onlar porsiyalarını azalda, yeməkdən həzz ala, daha sağlam seçimlər edə və arıqlaya bilərlər.

Diyetoloqlar qidalanma vərdişlərinin bir gündə dəyişməyəcəyini vurğulayır. Yemək şüurunu artırmaq üçün yeməklər mətbəxdə və ya süfrədə istehlak edilməlidir. Yeməklərin yeyildiyi mühit səliqəli və təmiz olmalıdır. Hər loxmanı çeynəyərkən onun dadına, qoxusuna və teksturasına diqqət yetirilməlidir. Hər dişləmədən sonra çəngəlinizi mütləq süfrəyə qoyun. Hər dişləmənin neçə dəfə çeynənildiyi müəyyən edilməli və zamanla hər loxmanın ağızda 30 dəfə çeynəməsi hədəflənməlidir.

Yeməyi çox sürətli çeynəməyin, yediyiniz yeməkdən həzz almağa diqqət edin. Yemək yeyərkən televizor, kompüter ekranı və ya telefon açıq olmamalıdır. Sosial mediadan qaçınmaq lazımdır. Yeməklərin orta hesabla neçə dəqiqə istehlak edildiyi müəyyən edilməli və yemək üçün özünüzə ən az 20 dəqiqə vaxt ayırmalısınız.

Əgər yeməkdən sonra desert yemək vərdişiniz varsa, özünüzdən bu anda ac olub-olmadığınızı soruşun.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər