Sumqayıt şəhər prokuroru vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad olunub.
Həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abıyevə həvalə edilib.