3 Fevral 2023 13:20
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tikinti obyektləri qazpaylayıcı şəbəkəyə qoşulmaya görə ödəniş edəcəklər.

Teleqraf.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqləyi “Qaz təchizatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müəyyənləşir. Belə ki, bu, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Həmçinin ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş ediləcək.


Müəllif: Teleqraf.com