Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdə valideynlərini itirən 2 azyaşlıya hesab açıb, yetkinlik yaşına çatana qədər onlara yardım etməyi öz üzərimə götürürəm.
Teleqraf.com xəbər verir ki, bunu görə, bunu Azərbaycanın Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov bildirib.
Qeyd edək ki, İlham Rəhimov bu fikri Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfransda səsləndirib.
İlham Rəhimov konfrans iştirakçıları adından Türkiyədə zəlzələdə həyatını itirənlərlə və xəsarət alanlara başsağlığı verib.