Əlilliyə görə pensiyaların verilməsi ilə bağlı cəmiyyətdə böyük narahatlıqlar var.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Qüdrət Həsənquliyev deyib ki, şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməli, “Forma-88” əsasında pensiya müəyyənləşdirilməlidir:
“Ancaq əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ekspert komissiyası da var. Əgər Səhiyyə Nazirliyi “Forma-88” verirsə, bunun əsasında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya təyin etməlidir. Belə çıxır ki, bir dövlət qurumu digərinə inanmır. Belə olmaz. Əgər Səhiyyə Nazirliyinin verdiyi arayış şübhəlidirsə, bu, müvafiq qaydada araşdırıla bilər, ancaq iki qurumun şəxsi yoxlaması nə deməkdir?”