3 Mart 2023 11:51
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh müqaviləsi imzalanarkən Qərbi Azərbaycan məsələsinə baxılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı Qərbi Azərbaycana Qayıdış Konsepsiyamız da hazırdır və Milli Məclisdə məsələ ilə əlaqədar dinləmələr keçirilir:

"Son 200 ildə Qərbi Azərbaycanda yaşayan sondaşlarımızın milli hüquqları pozulub. Bütün bunlar ÇAR Rusiyasının Qafqazı işğalı və ermənilərin bu regiona köçürülməsi ilə başlayıb. Bununla da soydaşlarımız etnik təmizləmələrə məruz qalıblar".

Qurum sədri bildirib ki, İrəvanın ermənilərə güzəşətə gedilməsi böyük tarixi səhv idi və Azərbaycan Milli Şurasının həmin qərarı vermək hüququ yox idi:

"Həmin ərazilərin əhalisinin rəyi də nəzərə alınmamışdı. Eyni hal Zəngəzurun bölünməsində də yaşandı. Bu zaman da azərbaycanlıların rəyi soruşulmadı".

"Sülh müqaviləsi imzalanarkən Qərbi Azərbaycan məsələsinə baxılmalı və beynəlxalq insan hüquqları təşkilatları qarşısında soydaşlarımızın problemləri qaldırılmalıdır" - Ələkbərli vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər