Bakıda yeni açılan "Heydər" məscidinin axundu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev (Nurullah), imamı isə QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin (Əfəndi) olacağı gözlənilir.
Trend-in məlumatına görə, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə məhz bu şəxslərin məscidə rəhbərlik etməsini istəyib. Məscid tam fəaliyyətə başladıqdan sonra isə bununla bağlı müvafir əmr veriləcək.
Əldə etdiyimiz məlumata görə, onların hər birinin ayrılıqda bir neçə köməkçi axundu və imamları da olacaq.
Bundan əlavə, "Heydər" məscidində sünni və şiə məzhəbindən olan müsəlmanlar cümə günləri birgə şəkildə vəhdət namazları qılacaqlar.