Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrlə polis polkovniki Eldəniz Məmmədov Bakı Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı “Qafqazinfo”ya təsdiq ediblər.
Qeyd edək ki, E.Məmmədov əvvəllər DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsini tutub.