6 Mart 2023 13:03
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan məktəblərinin birində şagirdə dərsə gecikdiyi üçün cəza olaraq döşəmə sildirildiyi iddia edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddia olunur ki, hadisə Mehdiabad qəsəbəsi, 4 saylı orta məktəbdə baş verib. Şagirdin bacısının bildirdiiynə görə, bu hal təkrarlanarsa, növbəti cəza tualeti təmizləmək olacaq.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, hadisə araşdırılır.

“Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları hazırda məktəbdədirlər. Məsələ araşdırılır. Yekun nəticə ictimaiyyətə bildiriləcək”.

Həmçinin iddia olunur ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər