7 Mart 2023 12:25
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parkinson xəstələri əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı incidilir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün hələ də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində problemlər qalır: "Vətəndaşlara verilən göndərişlərin natamam doldurulması, əlavə müalicəyə ehtiyacın olması kimi şablon cavablar verilir. Nəticədə əlillik dərəcəsinin qiymətləndirilməsindən imtina edilir. Bu da bir çox insanın hüquqlarının pozulmasına gətirib çıxarır. Maraqlıdır ki, bu sahədə Ombudsman Aparatı hansı konkret təkliflərlə çıxış edib”.

Deputat bildirib ki, parkinson xəstəsi olan şəxslərin əlillik dərəcəsinin qiymətləndirilməsi müvafiq orqan tərəfindən niyə vaxtında düzgün həyata keçirilmir və insanlar incidilir?! Yalnız Ombudsmanın müdaxiləsindən sonra bu cür insanların problemləri həll olunmuş olur. 1990-cı illərdə torpaq islahatları aparıldı və bu zaman bir sıra qanun pozuntularına yol verilmişdi. Bölgələrdə yaşayanlar insanların bir çoxunun hüquqları pozulub. Sualım odur ki, bu məsələ ilə əlaqədar Ombudsman Aparatına müraciət olunubmu və həlli istiqamətində nə kimi addımlar atıla bilər?”


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər