Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan bütün ölkələrə müraciət edib.
Teleqraf.com-un xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus X Qlobal Bakı Forumu çərçivəsində “Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusunda keçirilən növbəti panel iclasa ünvanladığı videomüraciətində səsləndirib.
“Hazırda minilliyin hədəflərindən uzaqlaşmışıq.
Bizim təşkilat 5 prioritet təklif (təşviq, təminat, qoruma, səlahiyyətləndirmə, icra) edir. Biz bütün ölkələri həmin təklifləri yerinə yetirməyə çağırırıq. Xəstəlik iş yerlərindən başlayır”, o, vurğulayıb.