“Ali təhsil haqqında” qanun layihəsinə edilmiş 301 təklif nəzərə alınıb.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təkliflər müzakirə edilib və 301 təklif qanun layihəsində nəzərə alınıb: “Qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir”.
Komitə sədri əlavə edib ki, doktorantura təhsilinə köklü dəyişiklik üçün qanun layihəsində yer verilib.