23 Mart 2023 10:47
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlıdan Bakıya külli miqdarda narkotik vasitə daşımaq istəyən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Masallı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Novruz Həbibov idarə etdiyi “Chevrolet” markalı avtomobillə Yardımlı rayonu ərazisində saxlanılıb.

Nəqliyyat vasitəsinin yük yerindən 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Məlum olub ki, Novruz Həbibovun onlayn yolla İran vətəndaşından əldə etdiyi həmin narkotik vasitəni satışının təşkil olunması üçün Bakı şəhəri ərazisinə çatdırmalı olduğu müəyyən edilib.


Müəllif: Teleqraf.com