30 Mart 2023 17:34
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirə gələn optik magistral kabel xətti qazıntı zamanı qonşu bölgədə zədələnib, şəhərdə internet kəsilib.

Teleqraf.com-un məlumatına görə, bir saata yaxındır ki, Mingəçevir şəhərini internetlə təmin edən magistral kabel xəttində baş verən qəza səbəbindən şəhər internetsiz qalıb.

Qəza magistral optik kabelin Yevlax rayonu ərazisində aparılan qazıntı işləri zamanı qeydə alınan ehtiyatsızlıq nəticəsində ortaya çıxıb. Hazırda baş qəzanın bərpası üçün əraziyə mütəxəssislər cəlb olunub.


Müəllif: Teleqraf.com