31 Mart 2023 21:53
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,3 faiz artaraq 218,0 min nəfər olub.

Bu barədə Teleqraf.com-a dövlət Statistika Komitəsindən məlumat verilib.

Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 8,4 faiz artıb, İrana gedənlərin sayı isə 15,5 faiz azalıb. Ölkə vətəndaşlarının 39,7 faizi Türkiyəyə, 22,8 faizi Rusiya Federasiyasına, 9,9 faizi Gürcüstana, 8,4 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər edib. Gedənlərin 70,0 faizini kişilər, 30,0 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 29,7 faizi dəmir yolu və avtomobil, 67,8 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər