8 Aprel 2023 10:00
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu".

Teleqraf.com xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında yazıb.

"Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir. Allah həkimlərimizdən və tibb personalımızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!", - o bildirib.

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər