Ali Məhkəmə “Femida Dialoq Platforması” adlı yeni layihəyə başlayır.
Bu barədə Teleqraf.com-a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdən ibarətdir.
Geniş hüquq ictimaiyyəti ilə dialoqu nəzərdə tutan və silsilə xarakter daşıyacaq layihə çərçivəsində ilk görüşün Vəkillər Kollegiyası ilə keçirilməsi planlaşdırılır.