25 Aprel 2023 16:57
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 831 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 689 nəfər müalicə olunaraq sağalıb, 10 230 nəfər vəfat edib, aktiv xəstə sayı 209 nəfərdir.

Ölkədə son sutka ərzində 913, hazırkı dövrədək isə 7 584 235 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər