Qazax Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.
Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Yusifzadə Əşrəf Çingiz oğlu Qazax rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi vəzifəsindən azad olunaraq həmin şöbənin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.