10 May 2023 11:34
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu bir gündə ilk növbədə onun prokurorluğa daim göstərdiyi diqqət yada düşür.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

"Ulu öndər Heydər Əliyev bütün dövlət qurumları arasında prokurorluğun fəaliyyətinə daim xüsusi diqqət yetirib. Onun bu istiqamətdə məşhur çıxışları var. 3 oktyabr 1994-cü ildə prokurorluğun inzibati binasına silahlı basqından sonra Azərbaycan xalqına müraciəti olmuşdu. 1998-ci ildə prokurorluğun 80 illiyində, 2000-ci ildə məşhur 26 aprel iclasındakı nitqində və bütün çıxışlarında prokurorluğun mühüm dövlət qurumu olduğunu qeyd etmişdi. Prokurorluğun bugünkü müasir fəaliyyəti üçün ulu öndərə minnətdarıq. Prokurorluq bu gün dəulu öndərin müəyyən etdiyi siyasi kurs üzrə öz fəaliyyətini davam etdir. Prokurorluq daim dövlətə və dövlətçiliyə, öz xalqına və cəmiyyətə qulluq edəcək", - Kamran Əliyev qeyd edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər