11 May 2023 19:13
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti aydan məişət tipli qaz sayğaclarına olan tələbat yerli istehsalın hesabına təmin olunacaq.

Məlumat Teleqraf.com-a SOCAR "Azəriqaz" İstehsalat Birliyindən daxil olub.

Bildirilir ki, məişət tipli qaz sayğaclarının yerli istehsalın hesabına təmin olunması üçün 2021-ci ilin noyabrın 4-də SOCAR “Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında memorandum imzalanıb. Memoranduma əsasən zavod tərəfindən texniki tələblərə, eyni zamanda meteroloji parametrləri və texniki xüsusiyyətləri standartlara uyğun olan məişət tipli qaz sayğaclarının istehsal olunması və istehsal olunan qaz sayğaclarının SOCAR “Azəriqaz” İB tərəfindən xidməti sahələrdə quraşdırılması nəzərdə tutulurdu.

Memorandum çərçivəsində 2000 ədəd qaz sayğacının “Azəriqaz” İB-yə təqdim olunması təmin edilib. Həmin qaz sayğacları sınaq qurğularında yoxlanılıb və eyni zamanda SOCAR “Azəriqaz” İB-nin qaz şəbəkəsində quraşdırılması həyata keçirilib. Sözügedən yoxlama və sınaqlar zamanı heç bir qüsur aşkar edilməyib. Artıq 2023-cü ilin may ayında SOCAR “Azəriqaz” İB-nin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC ilə müqavilə bağlanıb.

“Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında bu əməkdaşlıq: - Sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq. Yəni qaz sayğaclarının alqı-satqısı yerli istehsalla həyata keçiriləcək; - Yerli sahibkarlığın inkişafına dəstək verəcək; - Xarici valyutanın ölkədən kənara çıxmasının qarşısını alacaq; - Şəffaflığı təmin edəcək; - Qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılmasını təmin edəcək. “Gəncə Cihazqayırma Zavodu” ASC tərəfindən ümumilikdə 405 min ədəd sayğacın iyundan etibarən kütləvi istehsalına başlanılacaq. İl ərzində sayğaclar istehsal olunaraq SOCAR “Azəriqaz” İB-yə təhvil veriləcək. Qeyd edək ki, yerli sahibkarlığın və yerli istehsal potensialının inkişafı məqsədi ilə Birlik və ASC arasında imzalanan sənəd ölkə başçısının tələb və tövsiyələrinə əsaslanaraq reallaşıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər