“Kontakt” Müstəqillik Gününə əlverişli fürsətlərlə zəngin “El bilir ki” kampaniyası ilə start verir.
Mayın 19-u başlayıb 30-dək davam edəcək “El bilir ki” adlı kampaniya müştərilərə nağd alışda 50%-dək endirimlər, hissəli alışda isə 24 ayadək ilkin ödənişsiz, faizsiz, hətta komissiyasız imkanlar təqdim edir. Daha dəqiq desək kampaniya günlərində smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, ev tekstilini 18, mebelləri isə 24 aylıq ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlərlə ala biləcəksiniz.
Sözü çox uzatmayıb sizə maraqlı olacaq təkliflərin bəzilərini diqqətinizə çatdırırıq. Beləliklə nağd alışda:
Daxili yaddaşı 64 GB olan, geniş ekranlı Oppo A17k smartfonunu 370 əvəzinə 299 manata;
Yataq mexanizmli və bazalı Opera divanını 456 yerinə, 299 manata;
109 sm ekranlı, smart Toshiba televizorunu 1050 yox, sadəcə 699 manata;
2000 Vt-lıq buxarlı Hoffmann ütüsünü isə 60 deyil, cəmi 20 manat ödəməklə ala bilərsiniz.
Məlumat üçün bildirək ki, evinizin ehtiyaclarını sərfəli qiymətlərlə tamamlaya bilməyiniz üçün şəbəkənin mağazalarında 30 000 çeşiddə məhsullar mövcuddur.
Odur ki, ürəyinizə yatanı cibinizə uyğun qiymətlərlə ala bilməyiniz üçün kampaniya günlərini vaxtında dəyərləndirin. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə zəng edə, sizə yaxın ünvanı isə buradan tapa bilərsiniz.
“Kontakt” bütün azərbaycanlıları qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edir!