Milli Məclis “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişi ratifikasiya edib.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Saziş bu ilin martın 16-da Ankara şəhərində imzalanıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.