24 İyun 2023 11:35
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər öyrəndik ki, Rusiyada "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin əsasən cinayətkarlardan ibarət silahlı dəstələri qanuni hakimiyyətə qarşı qiyam qaldırb. Eynən bizdə 1993-cü ildə Surət Hüseynovun qaldırdığı qiyam kimi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, Rusiya bizim strateji tərəfdaşımız və böyük qonşumuzdur: “1993-cü ildə Rusiyanın sərgilədiyi mövqedən fərqli olaraq biz qiyamı pisləməli, qanuni hökumətə öz dəstəyimizi ifadə etməliyik. Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləsək də... Rusiyada sabitlik Azərbaycanın dövlət maraqlarına cavab verir. Çünki orada həm də 2 milyon azərbaycanlı, eyni zamanda türk xalqları və 10 milyonlarla müsəlman yaşayır. Çox istərdik ki, qanuni hökumət qardaş qanı axıtmadan danışıqlar yolu ilə qanunsuz silahlı dəstələri, qiyamçıları tərksilah etsin”.

Deputat Siyavuş Novruzov isə deyib ki, Rusiyada baş verənlər parlament adından müzakirə edilə bilməz.

O qeyd edib ki, Azərbaycan dövləti bu gün düzgün siyasət aparır və buna uyğun da ortaya mövqe qoyur: “Bu gün heç bir dövlətin daxili işinə qarışa bilmərik. Hesab edirəm ki, Rusiyada baş verən hadisələrə münasibət bildirə bilmərik. Bu məsələyə ancaq fərdi şəkildə hər birimiz münasibət bildirə bilərik. Amma rəsmi şəkildə parlamentin adından müzakirə ola bilməz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər