5 İyul 2023 14:04
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 7 iyul 2023-cü il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında saat 10.00-dan Naxçıvan Muxtar Respublikası sakinlərinin qəbulu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin inzibati binasında 6 iyul 2023-cü il tarixdə saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər